

Layihə, gənclərin iqlim dəyişiklikləri ilə mübarizədə fəal iştirakını təşviq edən, onların beynəlxalq ekoloji proseslərdə, xüsusilə də COP29 – BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransında təmsil olunmalarını dəstəkləyən mühüm bir təşəbbüsdür. Layihənin əsas məqsədi gəncləri iqlim siyasəti, ekoloji diplomatiya, bərpa olunan enerji, karbon izləri və dayanıqlı inkişaf məqsədləri ilə bağlı nəzəri və praktiki biliklərlə təchiz etməkdir. İştirakçılar layihə çərçivəsində müxtəlif ekoloji təlimlər, simulyativ COP29 modelləri, ictimai debatlar və ekspert görüşlərində iştirak edərək həm öz biliklərini dərinləşdirir, həm də beynəlxalq çıxış və mövqe bildirmə bacarıqlarını inkişaf etdirirlər. Onlar həmçinin, Azərbaycan reallığını və ekoloji çağırışlarını dünya ictimaiyyətinə çatdırmaq üçün kommunikasiya strategiyaları öyrənir, iqlim ədaləti və yerli təşəbbüslərin qlobal miqyasda əhəmiyyəti ilə tanış olurlar.
30 yanvar 2025-ci il tarixində Azərbaycan-Fransız Universitetində (UFAZ) Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən 'Yaşıl Hədəf: Azərbaycanın Gənclərinin COP29 Missiyası' layihəsi çərçivəsində 'Yaşıl Ölkəyə Xoş Gəlmisiniz' adlı video podkast çəkilmiş, 'Yaşıl Ölkəm' adlı foto-müsabiqə və 'İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın rolu' adlı konfrans uğurla baş tutdu. 'Yaşıl Ölkəyə Xoş Gəlmisiniz' adlı video podkastlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmiş gənclərlə aparılmış çəkiliş, Azərbaycanın ekoloji və ətraf mühit siyasətindən, həmçinin uğurlarından bəhs edilmişdir. 'Yaşıl Ölkəm' adlı foto-müsabiqə isə gənclərin yaradıcılığını nümayiş etdirdiyi, qlobal ekoloji məqsədlərə dəstək olduğunu bir digər fəaliyyəti idi.
Və son olaraq gənclərin ekoloji fəallığını artırmaq məqsədilə 'İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın rolu' adlı konfrans baş tutdu. Tədbirdə dövlət qurumlarının nümayəndələri, ekoloji ekspertlər, QHT rəhbərləri, media nümayəndələri və ekoloji sahəyə maraq göstərən gənclər iştirak etdilər. Konfransın əsas mesajı COP29 ətrafında Azərbaycanın ekoloji siyasətinə dair müzakirələr aparmaq, iqlim dəyişikliyi ilə mübarizədə gənclərin rolunu vurğulamaq və onların bu prosesə fəal şəkildə cəlb etmək idi.

Açılış nitqində Dünya Azərbaycanlıları Gənclər Təşkilatının Baş katibi Nazrin Süleymanova layihənin məqsədləri və indiyə qədər həyata keçirilmiş fəaliyyətlər barədə məlumat verdi. O, qeyd etdi ki, layihə çərçivəsində artıq 'Yaşıl Ölkəyə Xoş Gəlmisiniz' adlı video podkastlar çəkilib və 'Yaşıl Ölkəm' adlı foto-müsabiqə uğurla keçirilib. O, daha sonra, çəkilmiş podkastlardan qısa videoçarqların nümayişi edildiyini.
Daha sonra Dünya Azərbaycanlıları Gənclər Təşkilatının sədr müavini Rəna Həbibbəylidə, Milli Məclisin deputatı Sebina Həsənova, Azərbaycan-Fransız Universitetinin Təhsil departamentinin müdür müavini Samra Şiriyeva, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Pərvanə Cəlləli çıxış edərək ekoloji problemlərlə halında gənclərin rolunun artırılmasının vacibliyini vurğuladılar. Çıxışlar Azərbaycanın ekoloji problemlərə qarşı apardığı mübarizənin əhəmiyyətindən və COP29-un ölkəmiz üçün yaratdığı imkanlardan danışıldı.
Konfrans çərçivəsində 'İqlim dəyişikliyi ilə mübarizədə gənclərin maarifləndirilməsi: Post-COP29 dönəmində Azərbaycanın rolu' mövzusunda panel müzakirəsi keçirildi. Panel müzakirəsinin qonaqları Avropa Gənclər Parlamenti – Azərbaycanın B-inin sədri Gülnazə Dadaşova və'AEGE-Bakı'nın sədri Cesur Məmmədzadə oldu. Onlar ekoloji problemlərin həlli yollları, COP29-un Azərbaycandakı keçirilməsinin əhəmiyyəti və bu beynəlxalq tədbirin ölkəyə gətirəcəyi imkanlar barədə fikirlərini bölüşdülər. Panel müzakirəsi zamanı iştirakçılar iqlim ədaləti, yerli təşəbbüslərin qlobal məqsədlərlə əlaqələndirilməsi proqramlarının artırılması və gənclərin bu sahədə daha aktiv iştirak ilə bağlı təkliflərini səsləndirdilər və müzakirə etdilər.
Layihə çərçivəsində 'Yaşıl Ölkəm' adlı foto-müsabiqənin qalibləri də elan edildi və mükafatlandırıldı. Qalib gəlmiş fotolar sərgi formasında tədbir iştirakçılarına təqdim edildi. Bütün bu kimi tədbirlər iştirakçıların ekoloji sahədə maariflənməsinə, onların COP29 prosesinə aktiv qoşulmasına və ekoloji problemlərə bağlı həllərin tapılmasına dəstək olmaq məqsədi daşıyırdı.