Loading...

WAY Logo
EN
WAY Logo
“Digital Diplomatlar” layihəsi
/

Digital diplomatlar

Background pattern

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Digital Diplomatlar" layihəsi uğurla tamamlandı. Layihə müddətində iştirakçılar, dezinformasiya ilə mübarizənin əhəmiyyətini daha dərindən anlamaq və müasir dövrdə informasiya təhlükəsizliyinin təminatı yollarını öyrənmək imkanı əldə etdilər. Gənclər, analitik düşünmə və tənqidi yanaşma bacarıqlarını inkişaf etdirmək üçün peşəkar ekspertlərlə görüşlərdə iştirak etdilər.

Vurğulamaq istərdik ki, layihə çərçivəsində 6 görüş və 2 infotur təşkil olundu:

Görüşlər:

  1. Azərbaycan Respublikasının ilk Baş naziri Həsən Həsənov ilə "Media sahəsində diplomatik fəaliyyətin təşkili" mövzusunda müzakirələr aparıldı.
  2. Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov sosial media alətlərindən istifadə etməklə gənclərin xarici siyasətdə rolu barədə dəyərli təcrübələrini bölüşdü.
  3. Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə xarici siyasətin kommunikasiyası mövzusunda digital diplomatların biliklərini artırdı.
  4. Real TV-nin Şöbə müdiri Vəfa Ağabalayeva 44 günlük Vətən müharibəsində Azərbaycana qarşı 'Fake news' barədə öz təcrübəsini paylaşdı.
  5. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Aygün Əliyeva COP28-də qeyri-hökumət təşkilatlarının iştirakçılığı barədə müzakirələr apardı.
  6. Millət vəkili Naqif Həmzəyev rəqəmsal nüfuz və diplomatiya mövzusunda təqdimat keçirdi.

"Digital Diplomatlar" layihəsinin əsas hədəfi iştirakçıları dezinformasiya ilə mübarizədə daha hazırlıqlı mütəxəssislərə çevirmək idi.

İnfoturlar:

İştirakçılar, Report İnformasiya Agentliyi və Real TV-də media sahəsində iş prosesləri ilə tanış oldular.

Hədəflərimiz

  • Gənclər arasında həmrəylik qurmaq

  • Milli kimliyi qorumaq və tanıtmaq

  • Fəal gəncləri dəstəkləmək

  • Təhsil və inkişaf imkanları yaratmaq

  • Mədəni və ictimai fəaliyyətləri təşviq etmək

  • Azərbaycan dəyərlərini dünyaya tanıtmaq

Dəyərlərimiz

  • Şəffaflıq və hesabatlılıq

  • Könüllülük və ictimai məsuliyyət

  • Qlobal düşüncə, lokal fəaliyyət

  • Qarşılıqlı hörmət və müxtəliflik

  • Davamlı inkişaf

EmailLinkedInInstagramFacebookTwitterTikTok