Dünya Azərbaycanlıları Gənclər Təşkilatı ödənişsiz Python təlimlərini həyata keçirdi.
Layihənin ilkin mərhələsi olaraq test mərhələsi həyata keçirildi və uğurla tamamlandı. Seçilmiş iştirakçılar silsileli təlimlərdə müasir metodologiyaya əsaslanan tədris proqramı ilə təlim aldılar. Python üzrə baza və orta səviyyə biliklər qazandılar, kodu anlamaq və yazmaq bacarıqlarını inkişaf etdirdilər, komanda işində təcrübə və peşəkar əlaqələr əldə etdilər və nəzəri və praktiki dərslər, layihələr üzərində iş gördülər.

Layihə çərçivəsində nəzəri biliklərlə yanaşı, praktik tapşırıqlar və real layihələr üzərində iş aparıldı. Bu müddət ərzində iştirakçılar proqramlaşdırmanın əsaslarını mənimsədilər, praktiki tapşırıqlar yerinə yetirdilər və öz bacarıqlarını inkişaf etdirdilər. Layihənin sonunda uğurlu iştirakçılar sertifikatlarla mükafatlandırıldı.

